EN

ABŞ də naməlum şəxs sinaqoqa atəş açıb Video KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-nin Miçiqan ştatındakı “İsrail Məbədi” (Temple Israel) sinaqoqunda silahlı insident baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə yerli polis “X”də məlumat yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla saat 12:30 radələrində qeydə alınıb.

Məlumata görə, naməlum şəxs yük maşını ilə qəsdən sinaqoqun binasına çırpılıb və nəticədə hadisə yerində yanğın başlayıb. Oklənd dairəsinin şerifi Maykl Buşar bildirib ki, ən azı bir nəfər binaya daxil olaraq təhlükəsizlik əməkdaşlarına atəş açıb. Şerif hücumçunun hələ saxlanılmadığını və hadisə yerindən qaçdığını vurğulayaraq sakinlərə ərazidən uzaq durmağı tapşırıb.

Hazırda ölənlər və yaralananlar barədə rəsmi məlumat yoxdur, lakin hücumçunun özünün yaralanmış ola biləcəyi ehtimal edilir. Polis binada başqa şəxslərin olub-olmadığını araşdırır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
3
konkret.az

4Sources