EN

İran dəhşəti yaşayacaq! Netanyahu xəbərdarlıq etdi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İranın əvvəlki lideri aradan qaldırılıb və yeni lider, SEPAH-ın kuklası olan Müctəba Xamenei ictimaiyyət qarşısına çıxa bilmir.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. Onun sözlərinə görə, İran İsrail üçün əsas təhlükə olaraq qalır və Təl-Əvivin məqsədi Tehranın nüvə və raket proqramlarına qəti zərbə vurmaqdır.

Baş nazir əlavə edib ki, İsrail eyni zamanda İran xalqının mövcud rejimi dəyişdirə biləcəyi şəraitin formalaşmasına çalışır.

“Yeni lider haradadır? Bəli, o, ictimaiyyət qarşısına çıxa bilmir, çünki bu şəraiti biz yaratmışıq. Əgər İran tez bir zamanda təslim olmasa, bu zaman dəhşəti yaşayacaqlar”, – deyə o bildirib.

Netanyahu həmçinin qeyd edib ki, İsrail ilə Tramp arasındakı münasibətlər əvvəlki ABŞ prezidentləri dövrü ilə müqayisədə yüz dəfə daha güclü olaraq qalır.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
48
globalinfo.az

1Sources