EN

Ceyhun Bayramov həmkarı ilə regionu müzakirə etdi

Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin "X"dəki hesabında yayılıb.

Bildirilib ki, söhbət zamanı son regional proseslər və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.

​​​​​​"Cebheinfo.az" 

Chosen
25
14
cebheinfo.az

10Sources