EN

NATO Ali Baş Komandanı: Avropadan yalnız bir piyada briqadası çıxarılıb

NATO Ali Baş Komandanı: Avropadan yalnız bir piyada briqadası çıxarılıb

ABŞ Silahlı Qüvvələri Avropadan yalnız bir piyada briqadasını çıxarıb, regionda yerləşdirilən digər bütün hərbi hissələr isə öz yerində qalıb.

AFN.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviç bəyan edib.

"Ötən ilin sonunda bir piyada briqadasının döyüş qrupu evə qayıdıb. Bu, edilən yeganə dəyişiklikdir", — deyə hərbi komandan ABŞ Konqresinin Senatının Silahlı Qüvvələr Komitəsindəki dinləmələrdə bildirib.

Qrinkeviç eyni zamanda ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri vəzifəsini tutur və ABŞ Hərbi Hava Qüvvələrinin generalıdır.

Ötən il Pentaqon ABŞ Quru Qoşunlarının 101-ci hava-desant diviziyasının tərkibindəki briqadanı Rumıniyadan daimi dislokasiya yerinə — Kentukki ştatına geri qaytarmışdı. Ötən ilin sonunda Konqres tərəfindən təsdiqlənmiş hərbi büdcədə Pentaqona Avropada yerləşdirilən Amerika qoşunlarının sayını 76 min nəfərdən aşağı həddə (45 gündən artıq müddətə) endirmək birbaşa qadağan edilib.

Chosen
85
afn.az

1Sources