EN

İrana hücumdan əvvəl İsrail və ABŞ pilotlarının səs yazısı -VİDEO

İrana zərbə endirməzdən əvvəl israilli və amerikalı qırıcı pilotun danışığının yazısı yayılıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İsrail pilotu amerikalı pilotla danışmaq üçün icazə istəyərək söhbətə başlayıb. İcazə verildikdə, İsrail hərbi zabiti ABŞ ilə işləməyi böyük şərəf adlandırıb:

“Bizimlə birgə döyüşməyiniz böyük şərəf oldu. Əla iş görürsünüz”.

Amerikalı pilot israilliyə “Çox sağ olun. Siz də, cənab. Zəhmət olmasa təhlükəsizlikdə, sağ cinahda qalın. Düzgün istiqamətdə davam edin. Görüşənədək” deyə cavab verib.

Chosen
64
2
redaktor.az

3Sources