Fransız ulduz Antuan Qrizmann "Barselona"da keçirdiyi dönəm barədə açıq danışaraq, "Atletiko Madrid"in onun üçün əsl sevgi və aidiyyət yeri olduğunu vurğulayıb.

Offsideplus.az xəbər verir ki, o, müsahibəsində deyib:

“Hər kəs düşünürdü ki, mən pul üçün ‘Barselona’ya getdim, amma heç vaxt belə olmayıb – əslində ‘Atletiko’da daha çox qazanırdım. Sadəcə yeni şeylər öyrənmək, Messi və Ronaldo ilə eyni masada oturmaq istəyirdim.

İlk ilim çox çətin keçdi və o zaman anladım ki, heç getməməliydim. Qayıdanda ‘Metropolitano’da azarkeşlər məni fitə basdı. Özümə dedim ki, bunu haqq edirəm, çünki onları çox incitdim – ona görə susdum və çox çalışdım.

Vaxt keçdikcə başa düşdüm ki, məni həqiqətən sevən və istəyən yeganə yer ‘Atletiko’dur. ‘Barselona’da heç vaxt o cür sevgi hiss etmədim. ‘Atletiko’ o ‘ bezdirici’ klubdur – və bu klubda olmaq, nəhəngləri (‘Real Madrid’ və ‘Barselona’) bezdirməyə davam etmək mənim üçün böyük qürurdur.”

Qrizmannın bu sözləri son vaxtlar sosial şəbəkələrdə geniş yayılıb və xüsusilə "Atletiko" azarkeşləri tərəfindən böyük rəğbətlə qarşılanıb.