EN

BEA: Müharibə tarixdə ən böyük neft tədarükü şokuna səbəb oldu

Müəllif: Tamara Mustafayeva, Banco.az

BEA: Müharibə tarixdə ən böyük neft tədarükü şokuna səbəb oldu.

Banco.azxəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (BEA) tərəfindən yayımlanan aylıq hesabatda Yaxın Şərqdəki müharibənin qlobal neft bazarı tarixində “ən böyük təchizat kəsintisi” yaratdığı vurğulanıb.

Hörmüz boğazındakı nəqlin 90 faiz azalması bölgədəki iri istehsalçıları ixrac edə bilmədikləri üçün hasilatı dayandırmağa məcbur edib və bu vəziyyət qlobal təchizat artığını sürətlə azaldır.

Enerji bazarlarına ən birbaşa təsir qlobal neft və qaz ticarətinin əsas arteriyası hesab edilən Hörmüz boğazında yaranmış tıxanma olub.

BEA-nın məlumatlarına görə, Körfəz bölgəsindəki istehsalçılar nəqliyyat-logistika imkanlarının olmaması səbəbindən gündəlik ümumilikdə 10 milyon barel həcmində hasilatı dayandırmağa məcbur qalıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
51
1
banco.az

2Sources