EN

Acqarına yediyi xurma qadını ölümün pəncəsinə SÜRÜKLƏDİ – Nadir tibbi HADİSƏ

Buryatiyada xurma qadını az qala öldürəcəkdi.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Buryatiya Respublikasında həddindən artıq kəskin (büzüşdürücü) xurma yemək bir qadının həyatını ciddi təhlükəyə atıb.

80 yaşlı pensiyaçının bağırsağında düz 2 ay qalan xurma qalıqları bir-birinə yapışaraq həzm traktını tamamilə bağlayıb.

Zərərçəkmiş yalnız təcili cərrahi əməliyyat sayəsində ölümün pəncəsindən qurtulub.

Həkimlər xurma həvəskarlarına mühüm tövsiyələr veriblər. Mütəxəssislər xurmanı acqarına yeməməyi, bir dəfəyə yeyilən meyvənin miqdarını məhdudlaşdırmağı məsləhət görürlər.

Xüsusilə həzm sistemi ilə bağlı problemi olan şəxslərin bu meyvədən istifadə zamanı daha diqqətli olması vacibdir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
58
interpress.az

1Sources