EN

Almaniyalılar yanacaq almaq üçün Polşaya gedirlər

ABŞ və İsrailin İrana hücumları səbəbindən yanacaq qiymətlərinin sürətlə artması fonunda minlərlə almaniyalı sürücünün daha ucuz yanacaq almaq üçün Polşaya getdiyi bildirilir.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Polsat News" telekanalının xəbərinə görə, Polşada yanacağın litri Almaniya ilə müqayisədə təxminən 0,47 avro daha ucuz satılır.

Almaniyalı sürücülər bu yolla bir yanacaq çənində 20 avroya qədər qənaət edə bilirlər.

Minlərlə almanın sərhədi keçməsi Polşanın bəzi sərhəd şəhərciklərində yanacaq çatışmazlığına və uzun növbələrin yaranmasına səbəb olub.

Polşanın sərhəd şəhəri Şvinouyşçenin meri Coanna Aqatouska yerli yanacaqdoldurma məntəqələrini satışları yaxından izləməyə və alman sürücülərə yanacaq satışını məhdudlaşdırmağa çağırıb.

O, həmçinin sərhəd və gömrük orqanlarına bir nəfərin sərhəddən yalnız bir bidon yanacaq keçirməsinə icazə verən qaydaların tətbiq olunması barədə göstəriş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
1
olaylar.az

2Sources