Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 12-də Ankarada BMT-nin Baş katibi Antonio Quterreşi qəbul edib.
“İki sahil” xəbər verir ki, Prezident kompleksində keçirilən danışıqlar mətbuat üçün qapalı rejimdə baş tutub.
Yaxın saatlarda Ankaranın Beştəpə mərkəzində A.Quterreşə Atatürk adına Beynəlxalq Sülh Mükafatının təqdim edilməsi mərasimi keçiriləcək.
Mükafatı BMT rəhbərinə Türkiyə Prezidenti təqdim edəcək.