Füzuli. Trend:
Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatınıitirib.
Trend-inQarabağ bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Veysəllikəndi ərazisində baş verib.
Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini,1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdəolarkən minaya düşüb.
Partlayış nəticəsində R.Hacıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.