EN

ABŞ hələ hazır deyil - Hörmüz boğazı ilə bağlı açıqlama

ABŞ Hərbi Dəniz Qüvvələri hazırda Hörmüz boğazından keçən kommersiya gəmilərini müşayiət etmək imkanında deyil. Bu imkan ayın sonuna doğru yarana bilər.

Hakimiyyet.az CNN-ə istindən xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt cümə axşamı bildirib.

“Bu, nisbətən yaxın vaxtda baş verəcək, amma hələ ki yox. Biz sadəcə hazır deyilik”, — deyə Rayt ABŞ Hərbi Dəniz Qüvvələrinin tankerləri boğazdan keçirə bilib-bilməyəcəyi barədə suala cavab verərkən bildirib.

Energetika naziri izah edib ki, hazırda ABŞ-nin hərbi resursları İranla müharibə səbəbindən digər istiqamətlərdə cəmlənib.

“Hazırda bütün hərbi resurslarımız İranın hücum potensialının və bu potensialı təmin edən istehsal bazasının məhv edilməsinə yönəlib”, — deyə o əlavə edib.

Raytdan ABŞ Hərbi Dəniz Qüvvələrinin ayın sonuna qədər gəmiləri boğazdan müşayiət etməyə başlayıb-başlamayacağı soruşulduqda isə o bunun mümkün olduğunu bildirib.

“Məncə, bəli. Bu, çox ehtimaldır”, — deyə o qeyd edib.

Rayt həmçinin hazırlıq işlərinin artıq getdiyinə işarə edərək bildirib ki, “məhz bunun üzərində hərbçilər hazırda işləyirlər”.

Chosen
3
50
hakimiyyet.az

10Sources