ABŞ Hərbi Dəniz Qüvvələri hazırda Hörmüz boğazından keçən kommersiya gəmilərini müşayiət etmək imkanında deyil. Bu imkan ayın sonuna doğru yarana bilər.
Ölkə.Az CNN-ə istindən xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt cümə axşamı bildirib.
“Bu, nisbətən yaxın vaxtda baş verəcək, amma hələ ki yox. Biz sadəcə hazır deyilik”, — deyə Rayt ABŞ Hərbi Dəniz Qüvvələrinin tankerləri boğazdan keçirə bilib-bilməyəcəyi barədə suala cavab verərkən bildirib.
Energetika naziri izah edib ki, hazırda ABŞ-nin hərbi resursları İranla müharibə səbəbindən digər istiqamətlərdə cəmlənib.
“Hazırda bütün hərbi resurslarımız İranın hücum potensialının və bu potensialı təmin edən istehsal bazasının məhv edilməsinə yönəlib”, — deyə o əlavə edib.
Raytdan ABŞ Hərbi Dəniz Qüvvələrinin ayın sonuna qədər gəmiləri boğazdan müşayiət etməyə başlayıb-başlamayacağı soruşulduqda isə o bunun mümkün olduğunu bildirib.
“Məncə, bəli. Bu, çox ehtimaldır”, — deyə o qeyd edib.
Rayt həmçinin hazırlıq işlərinin artıq getdiyinə işarə edərək bildirib ki, “məhz bunun üzərində hərbçilər hazırda işləyirlər”.