EN

Şahbaz Şərif Səudiyyə Ərəbistanında rəsmi səfərdədir

Pakistanın Baş naziri Şahbaz Şərif Səudiyyə Ərəbistanında rəsmi səfərdədir.

Moderator.az xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, səfər krallığın vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salmanın dəvəti ilə həyata keçirilir.

Bildirilib ki, Ş.Şərif Səudiyyə Ərəbistanında bir neçə saat qalacaq və vəliəhd şahzadə ilə görüşdükdən sonra Pakistana qayıdacaq.

Şərifin Məhəmməd bin Salmanla görüşü zamanı tərəflərin regiondakı cari vəziyyəti, regional təhlükəsizlik məsələlərini, eləcə də ikitərəfli münasibətləri ətraflı müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, martın 11-də Pakistan İranla ABŞ və İsrail koalisiyası arasında münaqişənin eskalasiyası fonunda zərurət yaranacağı təqdirdə Səudiyyə Ərəbistanına hərbi və siyasi dəstək göstərməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, 2025-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı və Pakistan iki ölkə arasında strateji tərəfdaşlığı möhkəmləndirərək müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Chosen
85
1
moderator.az

2Sources