EN

Azərbaycan etibarlı tərəfdaş kimi ehtiramla əhatələnib

Son illər beynəlxalq aləmdə dünyəvi proseslər xeyli gərginləşib. İran-İsrail müharibəsinin dağıntıları aradan qaldırılmamış ABŞ, İsrail – İran müharibəsi başladı. Bu müharibə miqyasına görə son on illərin ən böyük müharibələrindəndir. Belə bir vaxtda Azərbaycan yenə dünyəvi, bəşəri döv­­lət olraq beynəlxalq münasibətlərin normallaşması istiqamətində öz mövqeyini daha da möh­kəm­ləndirir. Azərbaycan İranın Naxçıvana dron zərbələri endirsə də dinc yanaşı yaşama tərəfdarı olduğunu qətiyyətlə bildirdi.

Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri də dövlətlərarası münasibətlərdə olduğu kimi, beynəlxalq təşkilatlarla da əlaqələrin bu düstura əsaslandığı qənaətin təsdiqidir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi bəyanat Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da artırdı.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü də daxil ol­maq­la, beynəlxalq hüquqa tam hörmətlə yanaşılmaqla qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında qurulduğu bir daha təsdiqlənən bu nüfuzlu səfərdə 16 dövlətin, o cümlədən Avropa İttifa­qı­nın 10 üzvünün Azərbycandan qaz aldığını, Azər­bay­canın qaz hasilatnı artıracağını, qazı yeni yataqda hasil etməyə başlayacağını, Azərbaycanın 10 milyard kub­metr əlavə qazı olacağını, beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmağı planlaş­dır­dı­ğını, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımaların ikitərəfli gündə­li­yi­nin mühüm hissəsi olduğunu, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısının ke­çirildi­yini, Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılmasına böyük ümidlər oldu­ğu­nu, müstə­qil­liyi hələ 1991-ci ildə bərpa olunan Azərbaycanın cəmi yeddi aydır sülhdə yaşadığını, ... xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Ermənistana mühüm neft məh­sul­larının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Bizə gəldikdə, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan  2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlət­lərin və xalqla­rın barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir. Bir sözlə, gündə­li­yimiz həqiqətən çox genişdir. Biz, əlbəttə, sərhədlərimizə yaxın bölgədə təhlükəsizlik məsələlərini mü­za­kirə etdik”.

Bu rəsmi səfər zamanı, həmçinin, Azərbaycan Respublikasının Prezidenti və Avro­pa İttifaqı Şu­rasının Prezidenti ayırıcı xətlərdən azad, dinc, sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq stra­teji məqsədi bir daha təsdiqləyərək, regionda baş verən son müsbət hadisə­ləri, xü­su­silə də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıb. Onlar 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görü­şü­nün nəticələrini və Azərbay­canla Er­mə­nistan arasında münasibətlərin normal­laş­dı­rıl­ması istiqamətində atılan sonrakı ad­dım­ları yüksək qiymətlən­di­riblər. Avropa İttifaqı Şurasının Prezidenti iki ölkənin ikitə­rəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqlədi.

Bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində böyük nüfuza malik olduğunu, münasibətlər baxımından etibarlı tərəfdaş kimi ehtiramla əhatələndiyini də tarixləşdirdi...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

Chosen
2
4
sabahinfo.az

5Sources