Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad olunub.
Bu barədə məlumatı brifinqdə Paşinyan özü açıqlayıb.
Bildirilib ki, buna səbəb ABŞ vitse-prezidenti Ceyms Devid Vensin fevralda İrəvana səfəri zamanı Qzoyanın ona Qarabağın tarixi barədə kitab hədiyyə etməsi olub.
Paşinyan onun bu addımının Ermənistanın xarici siyasətinə zidd olduğunu vurğulayıb: “Ölkənin Baş naziri Qarabağ hərəkatının olmadığını dediyi bir zamanda, xarici qonağa Qarabağ məsələsinə dair kitab hədiyyə etmək nə deməkdir?”
Qafqazinfo
Tarix: 12 Mart 2026, 19:53