EN

XIII Qlobal Bakı Forumunun ilk günü başa çatıb

XIII Qlobal Bakı Forumunun ilk günü başa çatıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Rəsmi çıxışlar bitdikdən sonra tədbir işinə panel sessiyalarla davam edib.

Belə ki, ilk gündə "Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət, yeni məsələlər, yeni çətinliklər", "Böhranda çoxtərəflilik: Qlobal əməkdaşlığa yeni baxış" və "Birləşmiş Millətlər Təşkilatı 80 illiyində" mövzularına həsr edilən üç panel müzakirəsi keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən və 400 nəfərin iştirak etdiyi beynəlxalq tədbir müxtəlif ölkələrdən yüksəksəviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək, qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.

Forum martın 14-də öz işini yekunlaşdıracaq.

Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir.

Chosen
22
far.az

1Sources