EN

İki nəfərlik robotaksi konsepti təqdim edilib

Elektrikli avtomobil istehsalçısı Lucid Motors investor günü tədbirində sükan və pedalları olmayan iki nəfərlik robotaksi konseptini təqdim edib. Şirkət həmçinin elektrik avtomobilləri üçün özünüidarəetmə texnologiyasına əsaslanan aylıq abunə sistemini də elan edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu xidmətin aylıq qiyməti seçilən avtonom idarəetmə səviyyəsindən asılı olaraq 69–199 dollar arasında dəyişəcək. Şirkətin bu addımı rəqib şirkətlərin tətbiq etdiyi abunə əsaslı sürücü köməkçi sistemləri ilə eyni istiqamətdə atılıb.

Məlumata görə, son dövrlər avtomobil istehsalçıları yalnız avtomobil satışından deyil, həm də proqram təminatı və rəqəmsal xidmətlərdən gəlir əldə etməyə çalışırlar. Bu səbəbdən bir çox şirkətlər sürücüyə köməkçi və özünüidarəetmə texnologiyalarını abunə modeli ilə təqdim etməyə başlayıblar.

Fatimə Nəbiyeva

Chosen
111
qht.az

1Sources