Olaylar.az xəbər verir ki, bunu Slovakiyanın sabiq xarici işlər naziri Yan Kubiş "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu zamanı bildirib.
"Hazırda bir çoxları qaydalara əsaslanan beynəlxalq nizamın artıq sona çatdığını deyir. Lakin ölkələrin əksəriyyəti hələ də qaydalara, normalara və öhdəliklərə əsaslanan nizama sadiqdir. Yalnız az sayda böyük dövlət qaydalara əsaslanan beynəlxalq nizamı qəsdən pozur", - deyə o bildirib.
Onun sözlərinə görə, aqressiv millətçiliklə yanaşı, mənfi mənada başa düşülən konservatizmə qarşı da mübarizə aparmaq lazımdır.
"Hər bir ölkənin təbii ənənələrinə əsaslanan mühafizəkarlığa qarşı çıxmalı olduğumuzu düşünmürəm. Biz millətçiliyi vətənpərvərliklə qarışdırmamalıyıq. Lakin həddindən artıq, hipertrofiyaya uğramış millətçilik problemdir", - deyə Kubiş əlavə edib.