"BMT-nin daimi üzvləri problemi həll etmək əvəzinə özləri problem yaradırlar".
Moderator.az xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumunda "Birləşmiş Millətlər Təşkilatı 80 illiyində" mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib.
O bildirib ki, qurum artıq dalana dirənib:
"Biz islahatlardan danışırıq, amma dəyişiklikləri daimi üzvlər təsdiqləməlidirlər. BMT Təhlükəsizlik Şurasının (TŞ) strukturu, veto mexanizmi yenidən gözdən keçirilməlidir. Yaxşı olar ki, veto daimi üzvlərin azı ikisinin bu hüquqdan istifadə etdiyi təqdirdə qoyulmuş olsun. TŞ-də müsəlman, Afrika dövlətləri təmsil olunmalıdır. Təşkilatı yer üzündən silmək əvəzinə liderlər konstruktiv yanaşma tətbiq etməlidirlər".