EN

İlk dəfə ayrılıqdan sonrakı həyatından danışdı: İlk dəfə azadam

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur amerikalı aktrisa və müğənni Cennifer Lopes Ben Affleklə ayrıldıqdan sonra həyatının necə dəyişdiyini ilk dəfə açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, "Good Morning America" verilişinə verdiyi müsahibənin anonsunda ulduz bildirib ki, özünü heç vaxt olmadığı qədər azad və xoşbəxt hiss edir.

"Hazırda həyatımın ən xoşbəxt dövrünü yaşayıram. Düşünürəm ki, həyatımda ilk dəfədir özümü azad hiss edirəm: yalnız özümə məxsusam. Bu isə həqiqətən möhtəşəm hissdir", deyə Lopes bildirib.

56 yaşlı məşhur qeyd edib ki, həyatının böyük hissəsini münasibətlər içində keçirib. Buna görə də indi tək qalmağın dadını çıxarır:

"20 yaşlarımdan – hətta daha əvvəl – bəri bunun necə olduğunu əslində bilmirdim. Mənim həmişə sevgilim olub. Həyatımda daim kimsə olub və çox vaxt elə hiss edirdim ki, bir çox şeylər mənim nəzarətimdən kənardadır. İndi isə elə bir nöqtəyə çatmışam ki, özümə həqiqətən güvənirəm və özümü daha çox qiymətləndirirəm, özümə qarşı əvvəlki kimi sərt deyiləm".

Lopeslə Afflek 2001-ci ildə "Gigli” filminin çəkilişləri zamanı tanış olublar. Onların münasibətləri sürətlə inkişaf edib və cütlük nişanlandığını elan edib. Lakin 2003-cü ildə toy mərasimə cəmi bir gün qalmış ləğv olunub.

Sonrakı illərdə hər ikisi başqa insanlarla münasibətdə olub. Buna baxmayaraq, təxminən iki onillikdən sonra Cey Lo və Ben yenidən bir araya gəliblər. 2022-ci ildə onlar rəsmi olaraq evləniblər, lakin iki ildən sonra bu nikahda problemlər yaranıb. Onların boşanmasına səbəb kimi "barışmaz fikir ayrılıqları" göstərilib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
qaynarinfo.az

1Sources