EN

İran ABŞ və İsrailə səhv cavablar verdi Fidan

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını qanunsuz adlandırıb. O, həmçinin Tehranın cavab zərbələrinin düzgün addım olmadığını söyləyib. 

"Unikal" xəbər verir ki, Fidan bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Əlbəttə ki, İrana hücum təxribatdır. Bu müharibə və bu hücum ədalətsiz və qanunsuz olduğu kimi, İranın regiondakı digər ölkələrə, xüsusən də Fars körfəzi dövlətlərinə hücumları da ədalətsiz və qanunsuzdur", - deyə o bildirib.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun öz xalqı üçün fəlakətə çevrildiyini bildirmişdi. 

Gülayə Mecid 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
unikal.az

2Sources