Bakı.Trend:
Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsinin “SovxozRamana” adlanan ərazisində yerləşən gölün doldurulması faktı ilə bağlı hüquqi tədbirlər görülüb.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən(SİMDNX) Trend-əverilən məlumata görə, fakt üzrə Azərbaycan Respublikası CinayətMəcəlləsinin 188.4.1-ci maddəsi ilə cinayət işi başlanılıb.Təqsirkar şəxs barəsində məhkəmənin müvafiq qərarı ilə 4 (dörd) aymüddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyiyanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət NəzarətiXidməti tərəfindən 4 mart 2026-cı il tarixində aparılan monitorinqzamanı sözügedən ərazidə su hövzəsinin qanunsuz şəkildədoldurulması faktı aşkar olunmuşdu. Faktla bağlı toplanmışmateriallar hüquqi qiymət verilməsi üçün Daxili İşlər NazirliyininSu Nəqliyyatında Polis İdarəsinə göndərilmişdi.
Araşdırma nəticəsində müəyyən edilmişdi ki, əsasən gecəsaatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsiləsu hövzəsinin 0,34 hektar hissəsi doldurularaq akvatoriya sünişəkildə kiçildilib.
Qeyd edək ki, sözügedən ərazi su, bataqlıq və digər köçəriquşların məskunlaşdığı ekoloji həssas zona hesab olunur. Sututarındoldurulması və qurudulması ətraf ərazilərdə yerləşən yaşayışevləri üçün də ciddi risklər yaradır. Belə ki, su hövzəsi təbii sutənzimləyici rolunu oynadığından onun ləğvi həyətyanı sahələrin vəzirzəmilərin subasmasına, bioloji müxtəlifliyə zərər vurulmasına vəekoloji tarazlığın pozulmasına səbəb ola bilər.