EN

Kris Rayt: ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ Rusiya neftinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyi planlaşdırmır.

"APA-Economics" xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt (Chris Wright) CNN telekanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Vaşinqtonun Rusiyaya qarşı sanksiya siyasəti dəyişməz qalır. Onun sözlərinə görə, qlobal neft bazarında qiymətlərin sabitləşdirilməsi üçün artıq müəyyən addımlar atılır.

Kris Rayt bu açıqlamanı ABŞ-ın Hindistana Rusiya nefti almaq üçün lisenziya verməsi qərarını şərh edərkən səsləndirib.

Eyni zamanda, qərb mediasının yaydığı məlumatlara görə, ABŞ Yaxın Şərqdə gərginliyin artması fonunda neft qiymətlərini sabitləşdirmək məqsədilə Rusiya neftinə qarşı sanksiyaların müəyyən dərəcədə yumşaldılması imkanını da nəzərdən keçirir.

Belə ki, Rumıniya və Banqladeş də Vaşinqtondan Rusiya nefti ilə əməkdaşlığa icazə verilməsini istəyib. Banqladeş Hindistana verilən lisenziyaya bənzər icazə üçün müraciət edib.

Kremlin sözçüsü Dmitry Peskov bildirib ki, Rusiya və ABŞ arasında neft sanksiyalarının yumşaldılması məsələsi üzrə mümkün qarşılıqlı fəaliyyət qlobal neft bazarının sabitləşməsi baxımından mühüm amil ola bilər. Bununla belə, o qeyd edib ki, hazırda bu barədə danışmaq hələ tezdir.

Kreml daha əvvəl Yaxın Şərqdə eskalasiyanın artması fonunda Rusiya neftinə tələbatın yüksəldiyini də vurğulamışdı.

Chosen
97
40
apa.az

10Sources