EN

Azərbaycan Avropanın əvəzedilməz tərəfdaşına çevrilir

“Məlum olduğu kimi Azərbaycan Avropanın bir çox ölkəsinə qaz ixrac edir. Hazırda dünyada mühribələrin, böhranların olduğu bir dövrdə Avropa itifaqı üçün bu əlaqələrin şahələndirilməsi çox böyük önəm dayışır”

Bunu News365.az-a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib. Ülviyyə Zülfiqar Azərbaycanın nəqliyyat dəhlizi kimi də Avropa üçün çox əhəmiyyətli olduğunu vurğulayıb:

“Orta dəhliz Avropanın diqqət mərkəzindədir. Ursula von der Leyenin bəyanatı da bunu sübut edir. Bu dəhliz marşrutları təxminən 15-günə yaxın qısaldır. Bu da qlobal iqtisadiyyatda çox böyük əhəmiyyət daşıyır. Daşınma xərclərinin aşağı salınması və digər istiqamətlər həm Avropaya həm də Çinə əlavə qazanc qazandırır”.

Ülviyyə Zülfiqar Avropanın daşınma prosesində Azərbaycanı seçməsinin digər səbəbinin də təhükəsizlik məsələləri ilə bağlı olduğunu vurğulayıb.


Chosen
58
news365.az

1Sources