EN

YAP İdarə Heyətinin iclası keçirildi - FOTOLAR

Martın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasın müzakirəsinə YAP-ın 2025-ci il üzrə maliyyə hesabatı təqdim olunub.

Auditorlar Palatasının üzvü Elza Süleymanova çıxış edərək maliyyə hesabatının mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mükəmməl səviyyədə hazırlandığını, partiyanın hesabat dövrü üçün maliyyə vəziyyətini və maliyyə fəaliyyətinin nəticələrini tam əks etdirdiyini vurğulayıb.

Sonra 2025-ci il üzrə maliyyə hesabatı İdarə Heyətinin üzvləri tərəfindən təsdiq edilib.

Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.

Yekunda YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mütləq suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycanın “Konstitusiya və Suverenlik İli” olan 2025-ci ildə mühüm uğurlara imza atmaqla milli gücünü və beynəlxalq nüfuzunu daha da artırdığını vurğulayıb. O, qarşıda duran hədəflərə çatmaq üçün Yeni Azərbaycan Partiyasının da üzərinə böyük məsuliyyətin düşdüyünü bildirərək bu kontekstdə partiyanın Nizamnamə və Proqramından irəli gələn vəzifələrin mütəşəkkil qaydada yerinə yetirilməsinin önəmini qeyd edib.

Ölkəmizin “Memarlıq və Şəhərsalma İli”ndə də ardıcıl nailiyyətlər qazanacağına əminliyini ifadə edən YAP Sədrinin müavini iclas iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb. 

Chosen
92
50
unikal.az

10Sources