EN

1 qramının orta satış qiyməti isə 6,8 manat olub

Dövlət Statistika Komitəsi 2025-ci ildə arıçılıq məhsullarının istehsalı haqqında məlumatları açıqlayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hər il keçirilən statistik müşahidənin nəticələrinə əsasən, 2025-ci ildə arıçılıqla məşğul olan 29456 təsərrüfatda mövcud olan 545,1 min arı ailəsindən 4757 ton bal, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254 arı südü əldə edilmişdir.

İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,5 manat, mumun - 17,7 manat, vərəmumun - 135,3 manat, güləmin - 154,6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6,8 manat olmuşdur.

2024-cü illə müqayisədə 2025-ci ildə arı ailələrinin sayı 5,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,1 faiz, bal istehsalı 7,9 faiz, mum istehsalı 6,9 faiz, vərəmum istehsalı 12,2 faiz, güləm istehsalı 11,2 faiz azalmış, arı südü istehsalı isə 6,2 faiz artmışdır.

Chosen
64
2
marja.az

3Sources