EN

Bakıda saxlanılan özbək “həkim” müğənni imiş – Video

Xəbər verdiyimiz kimi, Bakıda “Bİ ES VİP” estetik klinikasında ikigünlük qəbul keçirən özbəkistanlı “həkim” İqbol Soliyev ötən gün polis tərəfindən saxlanılıb və barəsində araşdırma başladılıb.

KONKRET.az Savaşmedia.az-a istinadla Bakıda bir xəstəni 60 manata qəbul edən İqbol Soliyevlə bağlı bəzi maraqlı məlumatları təqdim edir.

Tam adı İqbalcan Soliyev (Iqboljon Soliyev Valijonoviç) olan İqbol Soliyev Özbəkistanın Kokand şəhərində yaşayır. 2020-ci ildə Özbəkistanda “xalq təbabəti” fəaliyyəti üzrə qeydiyyatdan keçib. Sertifikat müddəti 2024-cü ildə bitsə də, müddəti yeniləmədən fəaliyyətinə davam edib. Buna görə də 2025-ci ildə 7,5 milyon som (1050 manat) cərimələnib. Daha sonra isə yenə eyni səbəbdən 10 günlük həbs edilib.

Özünü “Bionur” adlı müalicə metodunun yaradıcısı və “xalq təbibi” adlandıran İ.Soliyev iddia edir ki, əllə toxunaraq enerji ötürür, bununla da mənfi enerjini çıxararaq müxtəlif xəstəlikləri müalicə edir.

Onun bel və oynaq ağrıları, sinir problemləri, baş ağrısı, yuxusuzluq və bəzi daxili xəstəlikləri müalicə etdiyi iddia olunur. Hətta Soliyevin xəstələri olduqlarını bildirən bəzi insanlar çəkdikləri videolarda onun xəstəyə toxunmadan da müalicə etdiyini, telefon və ya video vasitəsilə enerji göndərdiyini iddia edirlər.

İqbal Soliyev adını və fəaliyyətini tanıtmağa sosial şəbəkələrdən başlayıb. Bundan sonra ona müxtəlif ölkələrin xəstəxanalarında günlük müalicə kursu təklifləri gəlib. Sosial şəbəkələrdəki videolarından İqbol Soliyevin təkcə Azərbaycanda yox, Qırğızıstanda, Qazaxıstanda, Rusiyada da insanları “müalicə” etdiyini görmək olur. İqbol Solıyevi bu ölkələrin xəstəxanalarında da uzun növbələr gözləyib.

İqbol Soliyevin fəaliyyətinə münasibət öz vətənində də birmənalı deyil. Belə ki, bəziləri onu fırıldaqçı adlandırıb, elmin bioenerji ilə müalicəni təsdiqləmədiyini bildirib, bəziləri isə bunu xalq təbabəti adlandıraraq enerji ötürməklə də şəfa tapmağın mümkün olduğunu qeyd ediblər. Müasir tibb isə bu metodu müalicə üsulu kimi qəbul etmir. İqbol Soliyev bir müsahibəsində bildirib ki, enerji ilə müalicə edə bilmək sonradan qazanılmır, bu qabiliyyət ona yaradılışdan verilib.

İqbol Soliyevin məharətləri bununla da bitmir. Özbəkistan mətbuatının yazdığına görə, o, gənclik illərində müğənnilik edib, toylara gedib. Özbəklər onu orta səviyyədən də aşağı müğənni adlandırıblar. Sosial şəbəkələrin Özbəkistan seqmentində İqbol Soliyevin “həkimliyə” başlamasını toylara az dəvət alması ilə əlaqələndiriblər.

Chosen
19
5
konkret.az

6Sources