EN

Zelenski yalan danışmaqda günahlandırıldı FOTO

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Macarıstanla Ukrayna arasında qarşıdurma getdikcə dərinləşir. Bu da Avropa İttifaqının rəsmi Kiyevə hərbi, siyasi, maliyyə dəstəyi göstərməsinə ciddi əngəllər yaradır. Çünki Macarıstan Ukrayna ilə bağlı Avropa İttifaqının yardımlarına veto qoyur. Kiyev buna görə, Macarıstan rəhbərliyini sərt forma da tənqid edir. Bu dəfə Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Baş nazir Orban Macarıstan nümayəndə heyətinin Ukraynadakı fəaliyyətindən xəbərsizdir. Macarıstanın xarici işlər naziri Peter Sijjarto isə məlumatı təkzib edib və Volodimir Zelenskini yalan danışmaqda günahlandırıb. Peter Sijjarto Facebook paylaşımında qeyd edib ki, Zeliniski ənənəvi yalanlarını davam etdirir: “Zelenski Macarıstan nümayəndə heyətinin Ukraynaya gəlişindən xəbərsiz olduğunu iddia edir, çünki Macarıstan hökuməti səfəri Ukrayna Xarici İşlər Nazirliyi ilə əlaqələndirməyib. Bəs reallıq nədir? Dünən biz ukraynalılara rəsmi olaraq məlumat verdik ki, Energetika nazirinin müavini Qabor Çepekin rəhbərliyi altında Macarıstan nümayəndə heyəti Drujba neft kəmərini yoxlamaq üçün Ukraynaya səfər edəcək və biz həmçinin Ukrayna Energetika naziri ilə görüş tələb etdik”.

O, Macarıstan səfirliyinin Ukrayna Xarici İşlər Nazirliyinə müvafiq sorğusunu ətraflı şəkildə əks etdirən 10 mart tarixli sənədin fotosunu əlavə edib. Orada nümayəndə heyətinin cümə axşamı və cümə günləri Kiyevdə olacağı bildirilirdi. Səfirlik Xarici İşlər Nazirliyindən nümayəndə heyəti ilə Baş nazirin müavini və energetika naziri Denis Şmıhal arasında görüşün keçirilməsinə kömək etməsini xahiş edib.

İlham

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
sesqazeti.az

1Sources