EN

Klinikadan özbək “həkim”lə BAĞLI – “Bizə aidiyyəti yoxdur”

“Bİ ES VİP” estetik klinikası Bakıda saxlanılan özbək “həkim” İqbol Soliyevlə bağlı açıqlama yayıb.

NOCOMMENT.az xəbər verir ki, klinikanın vəkili Əsəd Əhmədli “Qafqazinfo”ya açıqlamada bildirib ki, klinikanın həmin şəxslə hər hansı əlaqəsi yoxdur:

“Baş verən hadisə bizə və fəaliyyət göstərdiyimiz klinikanın nüfuzuna ciddi zərər vurub. Belə ki, “Bİ ES VİP” estetik klinikasının adıçəkilən hadisə ilə heç bir əlaqəsi yoxdur. Klinikamız bu cür fəaliyyətlərlə heç vaxt məşğul olmayıb və belə bir şəxsə dəvət göndərilməyib. Adıçəkilən şəxslə tərəfimizdən heç bir müqavilə bağlanmayıb”.

Estetik klinikanın açıqlamasında qeyd edilib ki, özbək “həkim”lə müqavilə bağlayan fiziki şəxsin klinika ilə heç bir əlaqəsi yoxdur:

“Həmin fiziki şəxs başqa bir sahibkar ilə müqavilə imzalayıb və bizim klinikamızın adı yalnız başqa bir şəxsin fəaliyyətinin yanlış şəkildə qeyd olunması nəticəsində xəbərlərə daxil edilib. Klinikamızın adı bu cür xəbərlərdə yer alması həm hüquqi, həm də ictimaiyyətə təqdimat baxımından xoşagəlməz və əsassızdır. Bizim klinikamızın adı yalnız yanlış və yanıltıcı şəkildə reklam edilib. Bu cür yanlış məlumatlar klinikanın nüfuzuna ciddi təsir edir və biz belə halların qarşısını almaq üçün müvafiq hüquqi addımlar atmağa qərar vermişik.

Bundan əlavə, “Bİ ES VİP” estetik klinikası olaraq, bildiririk ki, klinikanın reklamı binanın cöl hissəsində yerləşdirilib. Bu reklama bağlı patent və Reklam Agentliyi ilə əlaqəli bütün hüquqi prosedurlar yerinə yetirilib və qeydiyyatdan keçilib. Klinikamız 3 mərtəbəli binada yerləşir və həmin ünvanda 10-a yaxın digər icarədarlar da fəaliyyət göstərir. Bu səbəbdən, binanın cöl hissəsində reklam verildikdə, həmin reklama aid olanlar yalnız biz deyilik. Bir çox icraçı yerlərinin rahat tapılması məqsədilə, reklamlarında “Bİ ES VİP” estetik klinikasının yerləşdiyi ünvana istinad edirlər. Lakin qeyd etmək istəyirik ki, həmin məkanla bizimlə yanaşı rəsmi şəkildə icarədə olan digər şəxslər də fəaliyyət göstərir”.

Əsəd Əhmədli bildirilib ki, klinika yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət edəcək:

“İctimaiyyətə və əlaqədar şəxslərə bildiririk ki, bizim klinikamızın adı bu cür xəbərlərdə yanlış istifadəsi ilə bağlı məsələnin həllini təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarına müraciət edəcəyik. Həmçinin, qanuni tədbirlər yolu ilə klinikanın nüfuzuna vurulmuş zərərin qarşısı alınacaq və hüquqlarımız qorunacaqdır.

Biz hüquqi mübarizə aparmaqla bu məsələdə hər hansı bir səhv anlaşılmanın və yanlış təqdimatın qarşısını alacağıq və əminik ki, gələcəkdə bu məsələyə düzgün və ədalətli qərar veriləcək. Hər hansı hüquqi məsuliyyət daşıyan qərarın veriləcəyinə əminik və klinikamızın bu məsələdə heç bir əlaqəsinin olmadığı müəyyən olunacaq”.

Chosen
44
10
nocomment.az

10Sources