EN

Rusiya İran ətrafındakı vəziyyətin diplomatik yolla həllini dəstəkləyir

Rusiya İran ətrafında yaranmış gərginliyin siyasi və diplomatik yollarla həllinə üstünlük verir.

Missiya.Az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, Moskva regiona sülh və sabitlik gətirəcək diplomatik metodlara keçidin tərəfdarıdır.

Onun sözlərinə görə, Rusiya İran rəhbərliyi ilə dialoqu davam etdirir. Bildirilib ki, martın 10-da Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. Tərəflər Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər.

Pezeşkian İranla ABŞ və İsrail arasında yaranmış gərginlik fonunda Moskvaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran isə regiondakı bir sıra hərbi obyektlərə zərbələr endirib. Gərginlik səbəbindən bəzi ölkələr hava məkanını bağlayıb, İran isə Hörmüz boğazının fəaliyyətini məhdudlaşdırıb.

SeyranÉ™ QuliyevaMissiya.Az

Chosen
5
missiya.az

1Sources