EN

Şəhid övladları Qəbələdə xizək təlimləri və Yel çərşənbəsi sevinci

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Qəbələ, 12 mart, AZƏRTAC

Martın 10-dan 13-dək “YAŞAT” Fondunun təşkilatçılığı ilə Qəbələdə, “Tufandağ” Qış-Yay İstirahət Kompleksində şəhidlərimizin övladları üçün III qış düşərgəsi keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məqsəd şəhidlərimizin övladları arasında qış mövsümünə uyğun idman növlərinə marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də yeni dostluq münasibətlərinin formalaşdırılması üçün şərait yaratmaqdır.

Düşərgədə Sumqayıt və Abşeron ərazilərində yaşayan 13–15 yaş aralığındakı şəhid övladları iştirak ediblər.

Proqram çərçivəsində iştirakçılar “Tufandağ” Qış-Yay İstirahət Kompleksində xizək təlimləri və dağ kosteri, dağ yelləncəyi kimi müxtəlif xidmətlərdən istifadə ediblər.

Həmçinin iştirakçılar Yel çərşənbəsini tonqal ətrafında birlikdə qeyd ediblər.

Xatırladaq ki, şəhid övladlarının Qəbələ düşərgəsinin təşkilində layihənin sponsoru “AMO Group”, tərəfdaşı isə “Tufandağ” Qış-Yay İstirahət Kompleksidir.

Müxbir- Rasim İslamoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
59
8
azertag.az

10Sources