EN

QHT rəhbəri: Ədalət və vicdan üzərində qurulan ailələr daha xoşbəxt olur

“Ailə münasibətlərinin əsasını mənəvi dəyərlər təşkil edir. Ədalət, xeyir, vicdan, namus və xoşbəxtlik kimi anlayışlar sağlam ailə mühitinin formalaşmasında mühüm rol oynayır”.

Bu fikirləri “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, insanın mənəvi dünyası və ailə münasibətləri bir-biri ilə sıx bağlıdır. Ailə yalan, məcburiyyət və təmənna üzərində qurulduqda onun davamlılığı zəifləyir. Əksinə, ədalət, şərəf, xeyirxahlıq və məhəbbət kimi dəyərlər əsasında qurulan ailələr daha sağlam və xoşbəxt olur:

"İnsanın ləyaqətli həyat sürməsi üçün vicdanının səsini dinləməsi vacibdir. Onun fikrincə, sosial münasibətlər müxtəlif sosial normalar – hüquqi, əxlaqi, estetik, siyasi, dini və ailə normaları vasitəsilə tənzimlənir və bu normalar cəmiyyətdə qəbul edilmiş davranış qaydalarını müəyyən edir. Azərbaycan cəmiyyəti əxlaqi dəyərlərə böyük önəm verən xalqlardan biridir və gələcək nəsillərin sağlam formalaşması üçün bu dəyərlər əsasında tərbiyənin gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, ailə institutunun möhkəmləndirilməsi və mənəvi dəyərlərin qorunması cəmiyyətin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır".

 

Pərvanə Fərhadqızı

Chosen
47
qht.az

1Sources