EN

ABŞ bu şəhərdəki konsulluğunu birdəfəlik bağlayır

ABŞ Pakistanın Peşəvər şəhərindəki konsulluğunu birdəfəlik bağlayır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, ABŞ Dövlət Departamenti Peşəvərdəki konsulluğu həmişəlik bağlamağı planlaşdırır. Bu konsulluq ABŞ-ın Əfqanıstan sərhədinə ən yaxın diplomatik nümayəndəliyi hesab olunur.

Rəsmi açıqlamada bildirilib ki, konsulluğun bağlanması xərclərə qənaət və diplomatik yenidənqurma məqsədilə həyata keçirilir. Vizalar və digər konsulluq xidmətləri bundan sonra İslamabaddakı səfirlik vasitəsilə göstəriləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
30
yenisabah.az

1Sources