EN

Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı 10 ZT 487 və 90 DM 898 VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Nəsimi rayonu, Elşən Naxçıvani küçəsində dayanma və durma qaydalarını pozan sürücülər sakinlərin narazılığına səbəb olub.

Bu barədə izləyicilərdən biri görüntüləri Avtosfer.az-ın “Whatsapp” ünvanına göndərərək məlumat verib. Kadrlardan görünür ki, 10-ZT-487 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobil döngədə, 90-DM-898 dövlət nömrə nişanlı “KIA” markalı maşın isə yolun ortasında park edilib. Nəticədə küçədə hərəkət çətinləşib, əraziyə daxil olan və oradan çıxmaq istəyən avtomobillərin yolu bağlanıb.

Şikayətçinin sözlərinə görə, sözügedən sürücülər nəqliyyat vasitələrinin üzərində əlaqə üçün telefon nömrəsi də qeyd etməyiblər.

Qeyd edək ki, döngələrdə və yolun hərəkət hissəsini daraldacaq şəkildə avtomobil saxlamaq yalnız qayda pozuntusu deyil, həm də digər sürücülərin manevr imkanlarını məhdudlaşdırır. Xüsusilə yaşayış binalarının yaxınlığında belə park etmə halları təcili yardım, yanğınsöndürən və digər xüsusi xidmət avtomobillərinin hərəkətini də çətinləşdirə bilər. Bu səbəbdən sürücülərin avtomobili saxlayarkən yalnız öz rahatlıqlarını deyil, küçədən istifadə edən insanların hərəkət imkanlarını da nəzərə almaları vacibdir. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
avtosfer.az

1Sources