EN

“Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq” - Paşinyan

“Ermənistanın yeni Konstitusiyasının mətnində İstiqlal Bəyannaməsinə istinad edilməməlidir”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökümətin iclasından sonra jurnalistlərə müsahibəsi zamanı deyib.

O, bu ay dərc olunmalı olan Ermənistan Konstitusiyasının yeni mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməməsi mövqeyinin dəyişməz qalıb-qalmaması məsələsinə toxunub.

“Mən artıq bu məsələni həll etmişəm və mövqeyimi dəyişməyə ehtiyac görmürəm. Bəli, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir. Və sizə niyə belə olduğunu deyim, çünki Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz münaqişə məntiqi ilə gedib müstəqil dövlət qurmaq istəyə bilmərik”, - deyə Paşinyan vurğulayıb.

Xatırladaq ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bir müddət əvvəl Ermənistanın yeni Konstitusiyasının mətninin 2026-cı ilin mart ayında dərc olunacağını qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
32
missiya.az

1Sources