EN

Məhkəmədən “Crocus City Hall” terrorunu törədənlərlə bağlı SƏRT QƏRAR

ain.az bildirir, Bizim media portalına istinadən.

Rusiyada məhkəmə “Crocus City Hall” terror aktı ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərin bir neçəsindən pul və əmlakın dövlətə keçirilməsi barədə qərar çıxarıb.Bizim.Media xəbər verir ki, bu barədə Gazeta.ru məhkəmə zalından məlumat yayıb.

 

Qərara əsasən, Rusiyanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi iş üzrə təqsirləndirilən şəxslərin bir neçəsindən 265 min rubl dövlət büdcəsinə keçirilib.

Bundan əlavə, məhkəmə terror aktının icraçılarına kömək edən şəxslər tərəfindən təqdim edilmiş mənzil və avtomobilin də müsadirə olunmasına qərar verib.Daha əvvəl məlum olmuşdu ki, istintaqın versiyasına görə terrorçulara pul və silah təmin edən 11 nəfər ömürlük həbs cəzasına məhkum edilib.Xatırladaq ki, terror aktı azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” konsert zalında 22 mart 2024-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində baş verib.

 

Hücum edən şəxslər binada olan insanlara avtomat silahlardan atəş açıb, daha sonra isə tamaşa zalını yandırıblar.

Hücum nəticəsində 149 nəfər həlak olub, bir nəfər itkin düşmüş hesab olunur, 609 nəfər isə yaralanıb. Hadisənin ümumi maddi zərəri təxminən 6 milyard rubl qiymətləndirilir.Hazırda məhkəmə terror aktı ilə bağlı iş üzrə 19 təqsirləndirilən şəxs barəsində hökm çıxarır.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
bizim.media

10Sources