EN

“Susuruq, həyasız da elə bilir ki, deməyə sözümüz yoxdur” Video

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Pop musiqisindən uzaqlaşdığım üçün insanlarda çox yanlış təəssürat qalıb. Elə bilirlər ki, mən səhnədən getmişəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “Musicologiya” yutub layihəsində deyib.

“Mənə deyirlər ki, qayıdın. Mən heç yerə getməmişəm axı. Elə səhnədə mənəm də. Böyük səhnədə, böyük sənətdə həmişə mən özüm olmuşam. Yalnız pop oxumağa və pul qazanmağa köklənməmisənsə, bu o demək deyil ki, səhnədə və sənətdə deyilsən. Bu heç doğru deyil. Tək qalanda düşünürəm ki, bu qədər əziyyət çəkirəm, niyə insanlar bunu görmür? Hələ məni də günahlandırırlar ki, sən niyə efirlərdə yoxsan, qayıt. Efirdə efirlik qoyublar ki? Mən efirə özümü yaraşdırmıram, ya da o efir mənə yaraşmır. Məcburam ki, efirdə kimləsə çənə-çənəyə verim, kiminsə qeybətini edim, kimləsə qırğına çıxım, aləm dəysin? Mənim kimi düşünən az deyil. Kifayət qədər Xalq artistlərimiz, əjdaha musiqiçilərimiz var ki, öz abırlarına bürünüblər, oturublar. Nəticə də odur ki, efir nə günə qalıb.

Biz öz abırımıza bürünüb susuruq, həyasız da elə bilir ki, bizim deməyə sözümüz yoxdur. Televiziya rəhbərliyi tərəfindən o şərait heç bir aparıcıya, ifaçıya, verilişə yaradılmamalıdır. Efir çağırılmamış qonaqdır, açdın, oturur düz evin ortasında. Birbaşa uşağının tərbiyəsini də korlaya bilər, tərbiyə də verə bilər, mədəniyyətini də korlaya bilər, mədəniyyət də verə bilər. O verilişə ki, məni qeybət etməyə çağırırlar, deyirəm ki, məni niyə çağırırsınız? Mən gəlməyəcəyəm”, - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
86
3
qafqazinfo.az

4Sources