Bakı.Trend:
Yaxın Şərq və İsrailin vəziyyətinə baxdıqda, düşünürəm ki,hamımız razılaşa bilərik ki, İran son illərdə klassik, konvensionalmənada bir müharibə başlatmayıb.
Trend xəbərverir ki, bu fikirləri bu gün Avstriya Respublikasının sabiqFederal Kansleri Sebastian Kruz, XIII Qlobal Bakı Forumuçərçivəsində "Qlobal Təhlükəsizlik və Güc Balansı: BeynəlxalqHüquqa Hörmət – Yeni Məsələlər, Yeni Çağırışlar" adlı paneldəçıxışında bildirib.
Kruz bildirib ki, Yaxın Şərqdə baş verənlərə dərindən baxdıqdagörürük ki, terrorizmin maliyyələşdirilməsi çox vaxt İranrejimindən qaynaqlanır:
"Regiondakı bir çox terror qruplarının ideoloji əsasları da İranrejimi ilə sıx əlaqəlidir. Bu əlaqələr yalnız Yaxın Şərqləməhdudlaşmır, Avropada da müşahidə olunur. Məsələn, HƏMAS və digərsilahlı qrupların İran rejimi tərəfindən dəstəkləndiyini görməkmümkündür.
Burada gördüyümüz şey klassik müharibə deyil, lakin bölgədəhücumlar, terror və daimi təhlükə ilə müşayiət olunan birvəziyyətin şahidi oluruq.
Hüquqi baxımdan, cavab tədbirlərinin və ya müharibə ssenarisinədaxil olmağın nə dərəcədə qanuni olduğunu əsaslandırmaq çətin olsada, eyni zamanda başa düşməliyik ki, XXI əsrdə təhlükələrinxarakteri dəyişib.
Məsələn, Avropaya baxdıqda, Rusiyadan Berlinə, Brüsselə və yaVyanaya raket zərbəsi endirilməsi ssenarisi yaxın illər üçün ənreal ehtimal kimi görünmür. Lakin hibrid müharibə ssenarisi –kiberhücumlar, terror, dronların hava limanlarını və digər mühüminfrastruktur obyektlərini ciddi problemlərlə üz-üzə qoymasıolduqca real görünür".