EN

YAP Kürdəmir rayon təşkilatında Sevinc Həsənovanın yubileyi münasibətilə görüş keçirilib

Martın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında partiyanın fəal üzvü Aşıq Əhməd küçəsi 36 ərazi partiya təşkilatının sədri Sevinc Adil qızı Həsənovanın 50 illik yubileyi  münasibətilə görüş keçirilib.

Sabahinfo.az xəbər verir ki, YAP Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona  möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Görüşün sonunda Sevinc Həsənovaya  partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına  görə və 50 illik yubileyi münasibətilə Fəxri Fərman, gül buketi və xatirə hədiyyəsi təqdim edilib.         

Sonda çıxış edən ərazi partiya təşkilat sədri Sevinc Həsənova göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləyib.

Chosen
19
4
sabahinfo.az

5Sources