EN

Müasir dövrün ən ciddi problemi: Silahların daha güclü, faciələrin daha çox olması

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Müasir dövrün ən ciddi problemi silahların daha güclü, daha sürətli və daha çox olmasıdır. Buna görə faciələr də çox baş verir".

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin Ankara Sosial Elmlər Universitetinin professoru Barin Kayaoğlu "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu problemlərə qarşı mübarizə aparmaq baxımından Qlobal Bakı Forumunun gördüyü iş çox qiymətlidir:

"Biz təkcə müharibələri deyil, həm də insanlığa uzunmüddətli təsir göstərə biləcək problemləri müzakirə edirik. Ətraf mühit, iqlim və pandemiyalar kimi mövzuların müzakirəsi baxımından dünyanın müxtəlif ölkələrindən olan mütəxəssisləri bir araya gətirən Qlobal Bakı Forumu kimi tədbirlər çox qiymətlidir".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
69
oxu.az

1Sources