"ABŞ administrasiyası üçün, ən azı bu gün, TRIPP prioritetlər arasında deyil".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb.
O, ABŞ-İsrail müharibəsi fonunda TRIPP yol tikintisi layihəsinin başlanması məsələsinə toxunub: "Nə baş verdiyini və nə ilə məşğul olduqlarını görürsünüz.
Təəssüf ki, bunun zaman baxımından proseslərə təsir etmə ehtimalı yüksəkdir. İndi ABŞ hökuməti bu məsələyə (İranla müharibəyə - red.) diqqət yetirir. Əlbəttə ki, təsir etməyəcəyi ortaya çıxsa, daha yaxşı olar".
Ağarza Elçinoğlu