EN

Azərbaycan regional təhlükəsizliyə önəm verir

Bakı. Trend:

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər son illərdəyeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu kontekstdə Avropaİttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmisəfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevləkeçirdiyi görüş mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bakıdabaş tutan görüş zamanı tərəflər regional təhlükəsizlik, enerjiəməkdaşlığı, nəqliyyat layihələri və siyasi dialoqungenişləndirilməsi kimi məsələləri müzakirə etmişlər.

Antonio Koştanın Azərbaycana səfəri həm də beynəlxalq siyasişəraitin mürəkkəbləşdiyi bir dövrə təsadüf edir. Bu şəraitdə Avropaİttifaqının Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusimaraq göstərməsi ölkəmizin strateji əhəmiyyətini bir daha təsdiqedir. Görüş zamanı Avropa İttifaqı Azərbaycan ilə təhlükəsizlik,enerji və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsindəmaraqlı olduğunu bəyan etmişdir.

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin daimstrateji xarakter daşımışdır. Azərbaycan Avropanın enerjitəhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkələrdənbiridir. Azərbaycanın təbii qazı hazırda bir sıra Avropa ölkələrinəixrac olunur və bu əməkdaşlıq regionun enerji təhlükəsizliyininmöhkəmləndirilməsinə ciddi töhfə verir. Bu fakt Azərbaycanınbeynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini dahada gücləndirir.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq yalnız enerjisahəsi ilə məhdudlaşmır. Siyasi dialoq, nəqliyyat və logistikalayihələri, xüsusilə Orta Dəhliz kimi beynəlxalq nəqliyyatmarşrutları tərəflər arasında əməkdaşlığın yeni istiqamətləriniformalaşdırır. Bu baxımdan Azərbaycan Cənubi Qafqaz və daha genişAvrasiya məkanında mühüm geosiyasi və geoiqtisadi mərkəz kimi çıxışedir.

Bu görüş tərəflər arasında siyasi dialoqun dərinləşməsinə,enerji və iqtisadi əməkdaşlığın genişlənməsinə, eləcə də regiondasülh və sabitliyin möhkəmlənməsinə xidmət edən vacib siyasihadisədir.

Görüşdə regional təhlükəsizlik məsələləri də xüsusi diqqətmərkəzində olmuşdur. Prezident İlham Əliyev regionda sülhün vəsabitliyin təmin edilməsinin iqtisadi əməkdaşlığın genişlənməsiüçün əsas şərt olduğunu bildirmişdir. Dövlət başçısı qeyd etmişdirki, Cənubi Qafqazda sülhün bərqərar olması yeni iqtisadi imkanlaryaradır, ticarət və investisiya əlaqələrinin genişlənməsinə şəraitformalaşdırır. Bu isə region ölkələri ilə yanaşı Avropa dövlətləriüçün də böyük əhəmiyyət kəsb edir.

Regionda və ümumilikdə dünyada baş verən hadisələr, buhadislərin fonunda Azərbaycanın müstəqil və balanslaşdırılmışxarici siyasət yürütməsi dövlətimizin beynəlxalq münasibətlərsistemində etibarlı və sabit tərəfdaş kimi mövqeyini daha dagücləndirir.

Əminə Ağazadə,
Milli Məclisin deputatı

Məqalədə:
Chosen
65
7
az.trend.az

2Sources