"Azərbaycanla sülh Ermənistanın tranzit ölkəyə çevrilməsinə imkan verəcək".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu, müstəqil Ermənistan tarixində ilk dəfə olacaq.
"Bunu Azərbaycan lideri Bakı Qlobal Forumunun açılışında elan edib. Eyni zamanda, o, Naxçıvanla Azərbaycan arasında Ermənistan vasitəsilə birbaşa əlaqənin mümkünlüyünü də qeyd etməyi unutmayıb. Əldə edilən sülh ticarət əlaqələrinin qurulmasına şərait yaradacaq", - deyə Paşinyan vurğulayıb.
Gülayə Mecid