Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə martın 27-dən aprelin 12-dək Azərbaycan birinciliyinin U-10, U-11, U-12, U-13 və U-14 liqalarında muxtar respublika üzrə region mərhələsinə start veriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan Futbol Federasiyası (NFF) məlumat yayıb.
Bildirilib ki, yarışlara hazırlıq məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin, NFF-nın və UGİM-in komandalarının nümayəndələri ilə görüş keçirilib.
Rəsmilər komandaların hazırlıq vəziyyəti ilə maraqlanıb, yarışın əsasnaməsi, eləcə də qaydalarla bağlı iştirakçılara məlumat verib.
Qeyd edək ki, 5 liqa üzrə 36 komanda mübarizə aparacaq. 119 oyun 4 məkanda - Naxçıvan Muxtar Respublika stadionunda, Uzunoba Təlim-Məşq İdman Kompleksində, Şərur Olimpiya Kompleksində və Ordubad şəhər stadionunda keçiriləcək. Matçları muxtar respublikadan olan 14 hakim idarə edəcək. Bu məqsədlə hakimlərlə NFF rəsmilərinin də görüşü keçirilib, çempionata aid məlumatlar verilib, suallar cavablandırılıb.
Əsasnaməyə uyğun olaraq U-13 və U-14 liqalarının müxtar respublika üzrə qalibləri pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri Bakıda təşkil olunacaq.
İdman.Biz



Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.