EN

Yaxın Şərqdəki müharibədə ölənlərin sayı açıqlandı

Yaxın Şərqdə münaqişənin gərginləşməsindən bəri İran, Livan və İsraildə 1800-dən çox insan həlak olub, 12500-dən çox insan yaralanıb

"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial media hesabında yazıb. 

Onun sözlərinə görə, İranda 1300-dən çox insan ölüb, 9000 nəfər yaralanıb, Livanda ən azı 570 nəfər ölüb, 1400-dən çox insan yaralanıb, İsraildə isə 15 nəfər ölüb, 2142 nəfər yaralanıb. 

Qebreyesus həmçinin regionda səhiyyə müəssisələrinə edilən hücumların sayının artdığını qeyd edib.

Gülayə Mecid 

Chosen
67
1
unikal.az

2Sources