Bakı. Trend:
Parçalanmış və ziddiyyətlərlə dolu dünyada səhiyyə ölkələrinbirləşə biləcəyi və birləşməli olduğu azsaylı sahələrdənbiridir.
Trend xəbər verirki, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoruTedros Adhanom Qebreyesus “Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIIIQlobal Bakı Forumunun açılış mərasimində deyib.
“Parçalanmış və ixtilaflarla dolu dünyada səhiyyə ölkələrinideoloji fərqlərinə baxmayaraq ümumi təhdidlərə qarşı birgə həllyolları tapılması üçün birləşə biləcəyi və birləşməli olduğuazsaylı sahələrdən biridir ki. Məhz buna görə Ümumdünya SəhiyyəTəşkilatı təxminən 78 il əvvəl yaradılıb və üzv dövlətlərimiz onunhimayəsi altında fəaliyyətlərini davam etdirirlər. Ötən il onlarÜST-ün pandemiyalar üzrə sazişini qəbul etdilər. Bu sazişratifikasiya olunduqdan sonra dünyanı gələcək pandemiyalardanqorumaq üçün beynəlxalq hüququn əlamətdar alətinə çevriləcək”, -deyə o bildirib.
Onun sözlərinə görə, səhiyyə təhlükəsizlik, inkişaf, ədalət vəetimadın kəsişmə nöqtəsində yerləşərək parçalanmaların aradanqaldırılması üçün mühüm imkan yaradır. Bu sahə sərhədlərdən,ideologiyalardan, iqtisadi sistemlərdən, etnik mənsubiyyətdən,dinlərdən və digər fərqlərdən kənara çıxır.