EN

Müəllim və şagirdlər təxliyə edilib, “zərəçəkmişlər”ə yardım göstərilib Məktəbdə təlim

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Şahbuz şəhər 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış və təxliyə qaydaları” mövzusunda təlim keçirilib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, FHN-in aidiyyəti qurumlarının müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd təhsil ocağının kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.

Təlimin nəzəri hissəsi çərçivəsində nazirliyin əməkdaşları tərəfindən məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Təlimin praktiki hissəsinə şərti zəlzələ və yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra müəllimlər tərəfindən siniflərdən şagirdlərin təxliyəsi həyata keçirilib, “zərəçəkmişlər”ə ilkin tibbi və psixoloji yardım göstərilib.

Sonra Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş verən məktəbdə təxliyə planına uyğun olaraq, binada qalmış şagirdlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “zərərçəkmişlər xilas olunaraq onlara ilkin yardım göstərilib”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
14
azertag.az

10Sources