EN

Petkov: "Forumun yüksək səviyyədə təşkilinə görə İlham Əliyevi təbrik edirəm"

XIII Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edirəm.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bolqarıstanın sabiq Baş naziri Kirill Petkov bildirib.

“Dəvətə görə Prezident İlham Əliyevə çox təşəkkür edirəm. Dünya üçün də, region üçün də mühüm bir dövrdür və belə vaxtlarda fikir mübadiləsi aparmaq xüsusilə vacibdir. XIII Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edirəm”, - deyə Kirill Petkov qeyd edib.

Kirill Petkov deyib ki, Bolqarıstan Azərbaycanın dostudur: “Qarşıdakı bir neçə gün ərzində Forumda təhlükəsizlik məsələləri, eləcə də son dövrlər xüsusi əhəmiyyət kəsb edən enerji mövzuları üzrə çox faydalı və məhsuldar görüşlər keçirəcəyimizi gözləyirəm”.

"Cebheinfo.az"

Chosen
78
3
cebheinfo.az

4Sources