EN

İran səfiri: Əli Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq

Bizim media saytına istinadən ain.az xəbər verir.

Tehran İranın ali dini lideri Əli Xameneinin ölümündə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması ilə bağlı qərarı yaxın vaxtlarda qəbul edəcək.Bizim.Media xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Jalali “RIA Novosti” agentliyinə müsahibəsində bildirib.

 

Diplomatın sözlərinə görə, bu cinayətdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi Tehranda müəyyən edilmiş vaxtda həll olunacaq.

“Bu cinayətdə günahkar olanların cəzalandırılması ilə bağlı qərar Tehranda uyğun vaxtda qəbul ediləcək”, – deyə səfir bildirib.Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. ABŞ prezidenti Donald Trump əməliyyatın məqsədinin Amerika xalqının təhlükəsizliyini qorumaq olduğunu bəyan edib.

 

Məlumata görə, ABŞ və İsrail İranın müxtəlif hərbi və mülki obyektlərinə, o cümlədən Minab şəhərində yerləşən məktəbə zərbələr endirib. Hücumlar ölkənin bir sıra böyük şəhərlərini, o cümlədən paytaxt Tehranı da əhatə edib və nəticədə Əli Xamenei həlak olub.

Buna cavab olaraq İran “Doğru vəd – 4” (True Promise-4) adlı əməliyyata başladığını açıqlayıb və Yaxın Şərq ölkələrində yerləşən ABŞ hərbi bazalarına, eləcə də İsrail şəhərlərinə zərbələr endirib. Tehran həmçinin Fars körfəzi ölkələrinə qarşı hücumlar həyata keçirir.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
bizim.media

2Sources